Qubada “İdman festivalı 2023” start alıb. Bu haqda ShimalNews 17 noyabr tarixində məlumat verir.
Olimpiya İdman Kompleksində baş tutan tədbirə 23 idman növü üzrə 168 idmançı (13-15 yaş) qatılıb. Festivalda Türkiyə və Keniyanın nümayəndələri iştirak edirlər.
İdmançılar üçün əyləncəli-maarifləndirici fəaliyyətlər və ustad dərsləri təşkil olunacaq. Eləcə də Quba şəhəri ərazisində ekskursiyalar keçiriləcək. Noyabrın 18 və 19-da idmançılar şəhərin mərkəzində, Nizami parkında quraşdırılan səhnədə nümunəvi çıxışlar edəcəklər. Festivalın sonunda baş tutacaq konsert zamanı Orxan Zeynallı qonaqlara sevilən mahnılarını ifa edəcək.
İkinci idman festivalı GİN və Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin birgə təşkilatçılığı ilə keçirilir.