İsmayıllıda qanunsuz saxlanılan odlu silah-sursat aşkar edilərək götürülüb. Bu haqda ShimalNews 17 noyabr tarixində Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinə istinadən xəbər verir.
Polis əməkdaşları tərəfindən cari il ərzində rayon üzrə vətəndaşlardan müvafiq sənədləri olmadan saxladıqları ümumilikdə 41 ədəd ov tüfəngi götürülərək aidiyyəti üzrə təhvil verilib.