Quba rayonu ərazisində sanitariya-gigiyena qaydalarının təmin olunması istiqamətində tədbir keçirilib. Bu haqda ShimalNews 17 noyabr tarixində Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinə istinadən xəbər verir.

İctimai Təhlükəsizlik Bölməsinin  əməkdaşları tərəfindən Timiryazev qəsəbəsi ərazisində sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması faktı aşkar olunub.

Məsələ ilə bağlı qanunamüvafiq tədbir görülüb. Bu istiqamətdə müşahidələr davam etdirilir.