Artıq bir necə saatdır ki, Xaçmaz rayonunun Yalama qəsəbəsində yanğın davam edir. Bu haqda ShimalNews 16 noyabr tarixində Azərtac-a istinadən məlumat verir.

“Yalama Aqropark”ın ot anbarlarından başlayan yanğının söndürülməsinə Xaçmaz və Qusar rayonlarından yanğınsöndürən briqadaları cəlb olunub.

Xəbər yenilənəcək.

Daha öncə hadisənin baş verməsi barədə məlumat vermişdik.