Xaçmaz şəhərində məktəbəqədər təhsil müəssisələrinə tərbiyəçi-müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanları keçirilib. Bu haqda ShimalNews 16 noyabr tarixində Quba-Xaçmaz Regional Təhsil İdarəsinə istinadən məlumat verir.

Cəfər Cabbarlı adına 6 nömrəli tam orta məktəbdə təşkil olunan imtahanda 88 namizəd iştirak edib. Test imtahanlarında hər bir namizədə məzmun və metodikaya aid 40 sual, pedaqoji və psixoloji yanaşmalara aid 20 sual təqdim edilib.

Bu mərhələdə məzmun və metodika, həmçinin pedaqoji və psixoloji yanaşmalara aid test tapşırıqlarının hər biri 1 bal olaraq hesablanır.