Bu gün Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Qımılqışlaq kəndində vətəndaşların səyyar qəbulunu keçirib. Bu barədə ShimalNews 16 noyabr tarixində adıçəkilən quruma istinadən məlumat verir.

Qəbulda Elnur Rzayev, rayon polis şöbəsinin rəisi, rayon prokuroru, İctimai Şuranın sədri, rayonun bütün idarə, müəssisə və təşkilatlarının rəhbərləri Mollabürhanlı, Çuxuroba, Maşıoba, Mirzəmmədqışlaq, Qadaşoba, Ağarəhimoba, Şıxlar, Hacıisaoba və Qımılqışlaq kəndlərinin sakinləri ilə görüşüblər.

Vətəndaşlar elektrik təsərrüfatının yenilənməsi, qaz təchizatının bərpası, daxili yolların təmiri, suvarma kanallarında sahil bərkitmə işlərinin aparılması, əlavə artezian quyusunun qazılması və torpaq sahəsinin sənədləşdirilməsi ilə bağlı müraciətlər səsləndiriblər. Sakinlər tərəfindən qaldırılan məsələlərin həlli üçün aidiyyəti şəxslərə yerindəcə tapşırıqlar verilib.