Quba Regional Turizm İdarəsinin əməkdaşları Xaçmaz rayonuna səfər ediblər. Bu haqda ShimalNews 16 noyabr tarixində adıçəkilən quruma istinadən məlumat verir.

Səfər zamanı İH-nin Niyazoba kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi və Folklor Evinin direktoru ilə görüş keçirilib. Əsas məqsəd həmin kəndin turizm potensialının araşdırılması olub.

Niyazoba ərazisində yerləşən tarixi, mədəni, təbiət abidələri siyahıya alınıb, turistləri cəlb edə biləcək mövcud turizm resursları haqqında məlumatlar əldə edilib.