Bu gün “Şahdağ” Turizm Mərkəzi ilə Avrasiya Dağ Kurortları Alyansı arasında əməkdaşlığa dair Anlaşma Memorandumuna imza atılıb. Bu haqda ShimalNews 16 noyabr tarixində Azərtac-a istinadən məlumat verir.
Sənəd mərkəzin sədri Rüstəm Nəcəfov tərəfindən Özbəkistanın paytaxtı Daşkənd şəhərində keçirilən Daşkənd Beynəlxalq Turizm Sərgisi çərçivəsində imzalanıb. Memorandum dağ kurortları arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsinə, qarşılıqlı təcrübə mübadiləsinin aparılmasına, Alyansa üzv ölkələrdə turizm mərkəzlərinin təşviq edilməsinə, eləcə də kombo turların hazırlanmasına, idman yarışlarının keçirilməsinə və birgə təlimlərin təşkilinə imkan yaradacaq.
“Şahdağ” Turizm Mərkəzinin turizm imkanları noyabrın 17-dək davam edəcək Daşkənd Beynəlxalq Turizm Sərgisində tanıdılır.