Quba rayonu ərazisində qumbara aşkarlanıb. Bu haqda ShimalNews 16 noyabr tarixində Daxili İşlər Nazirliyinə istinadən məlumat verir.

Polis əməkdaşları xidmətdə olduqları zaman müxtəlif markalı 4 ədəd qumbara, 3 ədəd qumbara alışdırıcısı, 4 ədəd patron darağı və 92 ədəd güllə aşkar ediblər.

Faktlar üzrə Quba RPŞ-də müvafiq araşdırmalar aparılır.