Xaçmaz rayonunda Hülövlü-Sərkərli-Alıcqışlaq-Qədimalıqışlaq-Rəhimova avtomobil yolu yenidən qurulub. Bu haqda ShimalNews 15 noyabr tarixində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) istinadən xəbər verir.

Cari ilin mart ayında əsaslı şəkildə yenidənqurulma və bərpa işlərin aparılması haqqında məlumat vermişdik. Hazırda 10 yaşayış məntəqəsini birləşdirən bu yol 4-cü texniki dərəcəyə uyğun olaraq təkmilləşdirilib. Onun uzunluğu 30 km təşkil edir, eni isə 10 metrə qədər genişləndirilib.