Qusar rayonunda yanğın nəticəsində 3 ton ot bağlaması yanıb. Bu haqda ShimalNews 15 noyabr tarixində Fövqəladə Hallar Nazirliyinə  (FHN) istinadən məlumat verir.

 

Hadisə Ləgərqışlaq kəndində baş verib.Ümumi sahəsi 24 kv.m olan talvarın yanar konstruksiyaları və altına yığılan bağlamalar kül olub.

 

Əraziyə yanğından mühafizə bölmələri cəlb edilib. Onlar alovu söndürərək 6 ton ot bağlamasını yanğından mühafizə ediblər.