Xaçmaz rayonunda gecə saatlarında xəsarətlə nəticələnən qəza baş verib. Bu barədə ShimalNews 15 noyabr tarixində xəbər verir.

Hadisə Quba-Xudat yolunun Fərzəlioba kəndi ərazisində qeydə alınıb. “Hyundai” markalı avtomobil idarəetməni itirərək ağaca çarpılıb. Onun daxilində olan 2 nəfər ağır vəziyyətdə təcili tibbi yardım avtomobili ilə xəstəzanaya çatdırılıb.