Qubada yaşayan qadının bank kartından pul oğurlayan saxlanılıb. Bu haqda ShimalNews 15 noyabr tarixində DİN-in Mətbuat Xidmətinə istinadən xəbər verir.
Polis əməkdaşları əməliyyat tədbirləri keçiriblər. Nəticədə 328 manat pulu talamaqda şübhəli bilinən A.Səmədov saxlanılıb. Məlum olub ki, o, Bakı şəhər sakinidir və əvvəllər oğurluğa görə məhkum olunub.
Araşdırma aparılır.