İsmayıllıda 2 nəfərin xəsarəti ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Bu haqda ShimalNews 15 noyabr tarixində Apa-ya istinadən xəbər verir.
Məlumata görə, “Ford” və “VAZ 2107” markalı avtomobillər toqquşub. Nəticədə rayon sakinləri – 46 yaşlı Aynur Məmmədova və 58 yaşlı Mehman Muradov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Onlar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.