İsmayıllıdan olan gənc Uşaq İncəsənət Festivalının diplomuna sahib olub. Bu haqda ShimalNews 15 noyabr tarixində məlumat verir.
Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi çərçivəsində keçirilən müsabiqədə Zəhra Ağayeva 14-17 yaş qrupunda “Rəssamlıq” nominasiyası üzrə peşəkar kateqoriyasında 1-ci yerə layiq görülüb.
Rəssam İsmayıllı rayon F.Əzimov adına Uşaq İncəsənət Məktəbinin məzunudur.