Vətən müharibəsi şəhidi Fərid Seyfullayevin şəhadətə yüksəlməsinin üçüncü ildönümü Xaçmazda qeyd olunub. Bu barədə ShimalNews 14 noyabr tarixində məlumat verir.

Köhnə Xaçmaz kənd qəbiristanlığındakı mərasimdə icra başçısı Elnur Rzayev, yerli hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

29 yaşlı MAXE Fərid Seyfullayev Şuşa istiqamətində gedən döyüşlərdə şəhid olub. O, müharibədə göstərdiyi qəhrəmanlıqlara görə “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib. Fərid ailəli idi, Ayla və Səma adlı övladları Vətənə əmanət qalıblar.