Gənclər və İdman Nazirliyi Quba, Qusar, Xaçmaz və İsmayıllı üzrə həftənin idman afişasını açıqlayıb. Bu haqda ShimalNews 14 noyabr tarixində nazirliyə istinadən məlumat verir.
13-19 noyabr cədvəlini təqdim edirik:
İsmayıllı
– 17 Noyabr – Milli Dirçəliş Günü münasibətilə 3×3 basketbol üzrə məktəbli qızlar arasında rayon birinciliyi – 14-15 noyabr, saat 10:00 (4 saylı tam orta məktəb);
Qusar
– “İdman hamı üçün” layihəsi çərçivəsində yeniyetmələr arasında veloyürüş – 14 noyabr, saat 11:00 (“TERRENKUR” sağlamlıq cığırı);
Quba
– “İdman hamı üçün” layihəsi çərçivəsində “Futbol hamı üçün” nümunəvi çıxışlar – 15 noyabr, saat 15:00 (Olimpiya İdman Kompleksi);
Xaçmaz
– “İdman hamı üçün” layihəsi çərçivəsində karate üzrə nümunəvi çıxışlar – 16 noyabr, saat 17:00 (Şəxsiyyətlər Muzeyinin ərazisi, karate idman zalı).