Bu gün “Şahdağ Quba & Truskavets” sanatoriyasında diabet xəstəliyinə həsr edilən seminar təşkil olunacaq. Bu barədə ShimalNews 14 noyabr tarixində xəbər verir.

Tədbirdə rayon əhalisi və sanatoriyanın qonaqları iştirak edəcəklər. Həkimlərin iştirakı ilə maarifləndirici görüşdə qonaqların sualları cavablandırılacaq. Eləcə də musiqili proqram təşkil olunacaq.

Əlavə məlumat üçün mobil nömrələr: 050 666 60 93 və 050 666 60 33.