Antiterror əməliyyatı zamanı şəhid olan Səbuhi Əliyevin atası qəfil özünü pis hiss edib. Bu barədə ShimalNews 14 noyabr tarixində məlumat verir.

Bu gün Tahir Əliyev təcili tibbi yardım avtomobili ilə Quba Müalicə-Diaqnostika Mərkəzinə çatdırılıb. O, ürəklə bağlı səhhətində problem yaşayıb.

S.Əliyev 44 günlük Vətən müharibəsində qəhrəmanlığına görə “Cəsur döyüşçü” medalı ilə təltif olunub. Azərbaycanın Qarabağ bölgəsində lokal xarakterli antiterror tədbirləri zamanı şəhidlik zirvəsinə ucalıb. Onun 4 övladı Vətənə əmanət qalıb, anası isə rəhmətə gedib.