Qubada yerləşən Elm və Təhsil Nazirliyinin Mikrobiologiya İnstitutu və Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun birgə layihəsi qrant qazanıb. Bu barədə ShimalNews 14 noyabr tarixində məlumat verir.
“Əsas Qrant Müsabiqəsi – 2023” ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunub. Layihə üzrə nəzərdə tutulan işlər 2 il ərzində hər 2 institutun laboratoriya və təcrübə sahələrində yerinə yetiriləcək.
Proqram qabaqcıl texnologiyaların, kəşflərin sayını artırmaq üçün nəzərdə tutulub. Bu müsabiqə elmi tədqiqatlarla yanaşı, nümayiş layihələri və innovasiyalar da daxil olmaqla geniş spektrli fəaliyyəti dəstəkləyir.