Xaçmaz KOBİM tərəfindən “Xərclər planı. Əsas və digər xərclər” mövzusunda təlim keçirilib. Bu haqda ShimalNews 13 noyabr tarixində mərkəzə istinadən məlumat verir.

Mərkəzin eksperti iştirakçılara gəlir və xərclərlə bağlı anlayışlar, maliyyə planının hazırlanması və xərclərin idarə olunması ilə bağlı məlumat verib.

Eyni zamanda təlimdə satış gəlirləri, amortizasiya xərcləri, xalis gəlirin və maliyyə axınının idarə olunması, əsas və digər xərclər barədə danışılıb.

Sonda iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb.