Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi regionda mədəniyyət sahəsi üzrə marketinq fəaliyyətinin inkişafı məqsədilə müsabiqə elan edir. Bu haqda ShimalNews 13 noyabr tarixində quruma istinadən məlumat verir.

Müsabiqədə mədəniyyət və incəsənətin bütün sahələri üzrə təkliflər verilə bilər:

– Sənətkarlıq sahəsi üzrə – Qədim və müasir sənət növlərinin öyrənilməsi, qarşılıqlı sənaye məhsulu kimi təqdimatı və bazarlarının müəyyənləşdirilməsi istiqamətində yaranan kreativ fikirlər;

– Musiqi sahəsi üzrə – “Musiqi sənətinin yaradıcı düşünənləri” adlı müsabiqələrin kreativ istiqamətləri, musiqi festivallarının əsas meyarları;

– Film, video və foto sənəti üzrə – qədim və milli mədəniyyəti,habelə müasir dünyaya inteqrasiya meyllərini əks etdirən animasiya resursları, fotomühəndis xidmətlərinin keyfiyyətli hazırlanması üzrə iş, xidmətlər;

– Dizayn, memarlıq və moda sənəti üzrə – qədim və milli arxitekturanı, dizaynı və geyim mədəniyyətini özündə əks etdirən kreativ  istiqamətlər;

– Oyunlar və yaradıcı texnologiyalar üzrə – texniki məktəblərin yaradılması, kitabxana-kitab formatlı oyunların təşkili üzrə birliklərin yaradılması;

– Suvenirlərin istehsalı sahəsi üzrə – bölgənin milli adət-ənənələrini, milli geyimlərini, tarixini, mədəniyyət abidələrini özündə əks etdirən  milli suvenir köşklərinin yaradılması;

– Dekorativ tətbiqi sənət üzrə-müxtəlif ölçülü, keyfiyyətli və həcmli məmulatlar üzərində sənət əsərlərinin yaradılması yönümündə mədəni xidmətlərin layihələndirilməsi;

– Azsaylı xalqların mədəniyyətinin inkişafı üzrə – bölgənin mədəni müxtəlifliyini qorumaq və inkişaf etdirmək istiqamətində yaradılan mədəni resurslar və təsisatlar.

Müsabiqədə yaş məhdudiyyəti yoxdur. Təqdim olunan layihələr tək şəxsiyyət vəsiqəsi ilə aşağıda [email protected] elektron ünvana göndərilməlidir.

Yer tutan iştirakçılar pul və qiymətli hədiyyələrlə mükafatlandırılacaqlar.