Qubada illərlə təmirə ehtiyacı olan mərkəzi küçələrin bərpası davam edir. Bu haqda ShimalNews 13 noyabr tarixində RİH-yə istinadən məlumat verir.
Yol-nəqliyyat infrastrukturunun yenilənməsi və müasir standartlara cavab verən yolların istifadəyə verilməsi M.Əcəmi, Xətai, Vidadi, Fətəli xan, M.F.Axundov, M.Ə.Rəsulzadə, C.Cabbarlı, S.Mehdiyev, B.Abbasov, R.Quliyev, E.İbrahimova, B.Səfəroğlu, 28 May, Bakı, Ərdəbil, N.İbrahimov, Ş.Kərimov, H.Məmmədbəyli, M.Bağırov, Ə.Orucov, T.Aslan, Sahil küçələrinin və 29-cu kvartal ərazisinin ehtiyac duyulan hissələrində asfalt örtüyün çəkilməsi işləri başa çatıb.
Bundan əlavə, Heydər Əliyev prospektinin memarlıq tələblərinə uyğun olaraq, əsaslı şəkildə təmir işləri davam edir.