Quba şəhərində yolların təmiri prosesi davam edir. Bu barədə ShimalNews 13 noyabr tarixində məlumat verir.

Hazırda 20 Yanvar küçəsi ərazisində, H.Əliyev prospekti və Ə.Nərimanov küçəsinin aralığında texnika çalışır. Asfaltın üst qatı qaşınır, sonra isə yeni bordürlər düzülərək asfaltlama icra olunacaq.

Sürücülər alternativ olaraq, Memar Əcəmi küçəsindən istifadə edə bilərlər.