İsmayıllı rayonunda zəlzələ qeydə alınıb. Bu barədə ShimalNews 13 noyabr tarixində xəbər verir.

Milli Elmlər Akademiyasının məlumatına əsasən, hadisə bu gün gecə saat 02:50-də baş verib. Zəlzələnin maqnitudası 3 bal, dərinliyi isə 7 kilometr olub. Yeraltı təkanlar hiss edilməyib.

Bir gün öncə İsmayıllıda 3 bal, noyabrın 11-i isə 2.9 ballıq zəlzələ qeydə alınmışdır.