İsmayıllı rayonunda minik avtomobilinin alovlanması hadisəsi baş verib. Bu haqda ShimalNews 13 noyabr tarixində Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən məlumat verir.

Hadisə Lahıc qəsəbəsində qeydə alınıb. “Chevrolet” markalı minik avtomobilinin yanar hissələri alışıb.

Hadisə yerinə yanğından mühafizə bölmələri cəlb edilib. Alovun qarşısı alınaraq yaxınlıqdakı ərazi mühafizə edilib.