İsmayıllı rayonundan olan müəllimlər 3-cü Zəfər Olimpiadasında uğurla iştirak ediblər. Bu haqda ShimalNews 13 noyabr tarixində Dağlıq Şirvan Regional Təhsil İdarəsinə istinadən məlumat verir.

Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş müəllimlərarası bilik yarışında yüksək nəticə göstərən qalibləri təqdim edirik:

  1. Zamin Allahverdiyev – İstusu kənd tam orta məktəbinin direktoru və kimya müəllimi, 1-ci yer;
  2. Zərqəm Əsədov – 1 nömrəli tam orta məktəbin riyaziyyat müəllimi, 1-ci yer;
  3. Çingiz Muradlı – 3 nömrəli məktəb-liseyin Azərbaycan dili və ədəbiyyat müəllimi, 2-ci yer;
  4. Sahil Əzimov – Ruşan kənd tam orta məktəbin tarix müəllimi, ilk onluqda yer alıb;
  5. Rəşadət Abdulov – 3 nömrəli məktəb-liseyin tarix müəllimi, ilk onluqda yer alıb;
  6. Qənirə Əhmədova – Uştal kənd tam orta məktəbin riyaziyyat müəllimi,  ilk onluqda yer alıb

Qaliblərə qiymətli hədiyyə və sertifikat təqdim edilib.