Sabah Vətən müharibəsi şəhidi Rəvan Əhmədovun 3-cü il mərasimi keçiriləcək. Bu barədə ShimalNews 11 noyabr tarixində məlumat verir.
Noyabrın 12-də saat 13:00-da Əlibəyqışlaq kənd məzarlığında şəhidin məzarı ziyarət olunacaq. Daha sonra Rəvanın evində ehsan süfrəsi açılacaq. İştirak etmək istəyən hər kəs dəvətlidir.
Rəvan müharibə zamanı xüsusi təyinatlı qrupun kəşfiyyatçı-qumbaraatan köməkçisi kimi hərbi xidmətini yerinə yetirib. Şuşa şəhəri istiqamətində döyüşlərdə qəhrəmancasına şəhid olub. O, ölümündən sonra “Vətən uğrunda”, “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.