Quba rayonundan 30 km aralıda yerləşən Səbətlər kəndinin yolu dağılıb. Bu haqda ShimalNews 11 noyabr tarixində Baku TV-yə istinadən məlumat verir.
1500-ə yaxın sakinin yaşadığı kənddə 200 şagird təhsil alır. Vətəndaşlar bildirirlər ki, qış və payız aylarında yolsuzluq şəraiti, palçıq və gölməçələr onlara işə, məktəbə getməkdə çətinliklər yaradır.
“Bu yollar 2019-2021-ci illərdə rayonun daxili imkanları hesabına daş-çınqıl örtüyü ilə təmir olunmuşdu. Lakin yolların asfaltlanması böyük layihə olduğundan aidiyyəti qurumlar qarşısında məsələ qaldırılmışdı, müraciət olunmuşdu. Həmin yollar asfaltlananda Səbətlər kəndidnin də mərkəzi yolları asfaltlanacaq,” – deyə kənd icra nümayəndəsi Nurlan Orucəliyev bildirib.
AAYDA-nın sözçüsü Anar Nəcəfli avtomobil yolunun yenidən qurulmasının Regionların Sosial-İqtisadi İnkişafı Dövlət Proqramına daxil edilərək icrasının yaxın gələcəkdə təmin olunacağını qeyd edib.
Daha öncə adıçəkilən kəndin qazlaşdırılmaması barədə məlumat vermişdik.