300-dən artıq evin olduğu Qusarın Düztahir kəndində 200-dən çox qırmızı “pat-pat” var. Bu barədə ShimalNews noyabrın 10-da Apa TV-yə istinadən məlumat verir.

El arasında “pat-pat” T-16 markalı traktora deyilir. Dağ kəndləri üçün xeyli əlverişli olan bu texnika həm də az dizel yandırır.

Kənd sakini Qafur Əmirağayev 20 ildən çoxdur ki, bu traktorlardan birinin sükanı arxasındadır. O deyir ki, bu texnika ilə hər bir yükü – odun, kələm, gübrələr və digər əşyaları daşımaq asan başa gəlir.

Bu traktorların təmiri də elə kənddə həyata keçirilir. Lazım olan ehtiyat hissələri də Düztahirdə satılır. Burada hətta yanacaqdoldurma məntəqəsi də var.