Meyvə mövsümü yekunlaşır, onun qurudulması işinə başlanılır. İsmayıllıda kənd təsərrüfatı məhsullarının istehsalı və emalı korporativlərindən qiymət və çeşid haqqında məlumat əldə olunub. Bu barədə ShimalNews noyabrın 10-da Xəzər TV-yə istinadən xəbər verir.
Müəssisə sədri Arzu Mirzəyeva deyir ki, əvvəllər ev şəraitində qurudulan meyvələrin kiloqramı 3 manatdan baha olmurdu. Bu sexdə qurudulan məhsulun çeşidi bol, qiymətləri müxtəlifdir:
“Ən ucuz satdığımız meyvə qurusunu, məsələn qızıl əhmədi alma qurusunu kiloqramı 10 manatdan satırıq, armud qurusunu 12 manatdan satırıq, kişmişin 15-26 manat arasında qiyməti vardı, xurma qurusunu 10 manatdan aşağı satmırıq, bütövünü daha baha qiymətə, dilimlənmişi isə 10 manatdan satırıq. Ən baha satılan məhsullarımızdan biri zoğal qurusudur ki, kiloqramını 20 manatdan satırıq.”