AFFA-nın İntizam Komitəsinin iclasında II Liqanın X turunda aşkar edilən nöqsanlarla bağlı qərarlar qəbul edilib. Bu haqda  ShimalNews 10 noyabr tarixində xəbər verir.

Noyabrın 6-sı Şəfa” – “Qusar” komandalarının oyunu olub. Görüşün oyunöncəsi:

– iclasında təhlükəsizlik nümayəndəsi iştirak etmədiyinə görə “Şəfa” klubu 80 manat cərimə edilib (maddə 73.1);
– görüşdə Təcili Tibbi Yardım avtomobili təyin edilmiş vaxtdan gec gəldiyinə görə “Şəfa” klubu 100 manat cərimə edilib (maddə 72.4).