İsmayıllının Basqal kəndində Türk Dövlətləri Təşkilatının (TDT) gənclər və idman nazirlərinin iclası keçirilib. Bu barədə ShimalNews 9 noyabr tarixində məlumat verir.
Sayca 7-ci olan tədbirin açılışında gənclər və idman naziri Fərid Qayıbov çıxış edib. O, həyata keçirilən son yeniliklərin və əməkdaşlığın gənclər və idman sahəsinə verdiyi töhfələr barədə danışıb.
Qonaq olan nazirlər ortaq türk gənclər və idman gündəliyinə sadiq olduqlarını bəyan ediblər. Bu istiqamətdə TDT əməkdaşlıq çərçivəsində görülən işlərdən danışılıb və bir sıra vacib qərarlar qəbul edilib.