Qusarda 9 Noyabr – Dövlət Bayrağı Günü ənənəvi qaydada qeyd edilib. Bu barədə ShimalNews 9 noyabr tarixində RİH-yə istinadən məlumat verir.
Bu gün Azərbaycanın Dövlət bayraqları ilə bəzədilmiş maşın karvanı mərkəzi meydandan hərəkətə başlayıb. Şəhər sakinləri yüksək əhval-ruhiyyə ilə tədbirə qatılıblar. Yürüş əsas küçələrlə 10 km dövr etməklə başlanğıc nöqtəsində tamamlanıb.