8 Noyabr – Zəfər Günü Quba Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə ümumrayon tədbirində qeyd edilib. Bu barədə ShimalNews 9 noyabr tarixində məlumat verir.
Tədbirdə deputat Vahid Əhmədov, icra başçısı İlqar Mahmudov, hüquq-mühafizə orqanlarının rəhbərləri, hərbçilər, şəhid ailələri, qazilər, müharibə iştirakçıları, ictimai təşkilatların rəhbərləri və kollektivləri, rayonun bütün idarə və müəssisələrinin rəhbərləri və əməkdaşları, çoxsaylı ictimaiyyət nümayəndələri iştirak ediblər.
Əvvəlcə Şəhidlər xiyabanında şəhidlərimizin məzarları ziyarət olunub, onların ruhuna dualar oxunub. Daha sonra “ASAN xidmət” mərkəzinin ərazisində sərgi təqdim edilib, tanınmış incəsənət nümayəndələrinin çıxışları dinlənilib, atəşfəşanlıq təşkil olunub.