Qubada gənclər arasında intellektual oyunun finalı keçirilib. Bu haqda ShimalNews 9 noyabr tarixində məlumat verir.

Zəfər Gününə həsr olunmuş “Breyn-rinq” yarışının qalibi “Zəngəzur” komandası olub. “Turan” komandası II, “Victory” komandası isə III yerdə qərarlaşıb. Birinci yerin sahibi “Zəfər” kuboku, digər komandalar diplomlarla təltif olunub.

Tədbir Gənclərin İnkişaf və Karyera Mərkəzinin Quba-Xaçmaz regional nümayəndəliyi və Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının birgə təşkilatçılığı ilə baş tutub.