Qubada atıcılıq üzrə rayon turniri keçirilib. Bu haqda ShimalNews 9 noyabr tarixində məlumat verir.

8 Noyabr – Zəfər Gününə həsr olunmuş məktəblilər arasında yarış  Alekseyevka məktəbində baş tutub. Qaliblər Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsi tərəfindən müvafiq dərəcəli diplom və medallarla mükafatlandırılıblar.

Birincilik Quba-Xaçmaz RGİİ-nin və Quba-Xaçmaz RTİ-nin birgə təşkilatçılığı ilə həyata keçirilib.