Bu gün Vətən müharibəsi şəhidi Əsgər Əhmədovun mövlud günüdür. Onun 33 yaşı tamam olacaqdı.

Əsgər Əhmədov Quba rayonunun Bərqov kəndində 1990-cı il noyabrın 9-da anadan olub. Vətən müharibəsi başlayan zaman Kəlbəcərin və Cəbrayılın azadlığı uğrunda döyüşüb. Əsgər Əhmədov oktyabrın 5-də Cəbrayıl döyüşləri zamanı şəhidlik zivəsinə ucalıb. Onun 2 oğlu – Özcan və Ömər Vətənə əmanət qalıb.

Baş çavuş ölümündən sonra “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilib.