Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Dövlət Bayrağı ilk dəfə 9 noyabr 1918-ci ildə hökumətin iclasında qəbul edilib. Məhz həmin Bayraq hazırda müstəqil Azərbaycanın dövlət rəmzidir.
AXC-nin üçrəngli Bayrağı Azərbaycanın 1920-ci ildə olan sovet işğalına kimi Dövlət Bayrağı olmuşdur. Bu Bayraq 17 noyabr 1990-cı ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı kimi təsdiq edilmişdir. 5 fevral 1991-ci ildə isə AXC-nin üçrəngli Bayrağı Azərbaycanın Dövlət Bayrağı elan edilmişdir.
17 noyabr 2009-cu ildə Prezident İlham Əliyevin imzaladığı Sərəncama görə, hər il 9 Noyabr – Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü olaraq qeyd edilir.