Xaçmaz rayonunda evdə yanğın olub. Bu haqda ShimalNews 8 noyabr tarixində Fövqəladə Hallar Nazirliyinə istinadən məlumat verir.

Hadisə Hacıisaoba kəndində ümumi sahəsi 80 kv.m olan birmərtəbəli 2 otaq və aynabənddən ibarət tikilidə baş verib. Alov aynabəndin yanar konstruksiyalarını 30 kv.m sahədə və dam örtüyünü 45 kv.m sahədə əhatə edib.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.