Qusar Rayon Mərkəzi Xəstəxanasının doğum şöbəsinə müraciət edən 21 yaşlı qadın vəfat edib. Bu barədə ShimalNews 8 noyabr tarixində Xəzər TV-yə istinadən məlumat verir.
Xaçmaz rayon Çiləgir kənd sakini Aysel Babayeva ilk dəfə həkimlərə müraciət edəndə ona şiş olması haqda məlumat verilməyib. Oktyabrın 23-ü gənc qadın anidən yenidən özünü pis hiss edib.
Mərhumun qayınanası İlhamə Babayeva deyir ki, onun gəlini həkim-ginekoloq Yelena Tağıyeva tərəfindən əməliyyat olunub. Lakin Aysel verilən narkozun təsirindən ayılmayaraq, 2 gün sonra dünyasını dəyişib.
Məsələ ilə bağlı Y.Tağıyeva münasibət bildirib. Həkimin sözlərinə görə, A.Babayeva xroniki qara ciyər çatışmazlığından əziyyət çəkib. Tam yekun qərar ekspertizanın rəyindən sonra məlum olacaq.
Faktla bağlı Qusar Rayon Prokurorluğu araşdırma aparır.