Qərbi Azərbaycana Qayıdış Prosesində Gənclərin Rolunun Artırılması Proqramı çərçivəsində 10-12 noyabr tarixində Qubada baş tutacaq düşərgəyə qeydiyyat açıq elan edilib. Bu haqda ShimalNews 8 noyabr tarixində məlumat verir.
Düşərgə “BÜTÖV” proqramı çərçivəsində 10-12 noyabr tarixində keçiriləcək. Bu müddət ərzində Qərbi Azərbaycanla bağlı fəaliyyət göstərəcək təşəbbüs qruplarının üzvləri arasında şəbəkələşmə, onların liderlik, təşəbbüskarlıq, komanda quruculuğu bacarıqları artırılacaq və mövzu üzrə geniş məlumatlandırılacaqlar.
Düşərgədə 18-23 yaş aralığında təşəbbüskar, motivasiyalı, ən əsası, ali təhsil müəssisələrində təhsil alan 50 gəncin iştirakı planlaşdırılır. Layihəyə qoşulmaq üçün link üzrə qeydiyyatdan keçmək lazımdır.