Quba şəhər Uşaq İncəsənət Məktəbində Zəfər Günü münasibəti ilə tədbir keçirilib. Bu haqda ShimalNews 8 noyabr tarixində Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsinə istinadən məlumat verir.
Tədbirdə məktəbin şəhid məzunu Əli İbrahimovun valideynləri, müəllim və şagirdlər iştirak ediblər. Skripka müəllimi Tahirəxanım Rzayeva “Şanlı Zəfər tariximiz” mövzusunda məruzə ilə çıxış edib. Daha sonra məktəb şagirdləri vətənpərvərlik mövzusunda hazırladıqları konsert proqramını təqdim ediblər.
Məktəbin foyesində rəssam şagirdlərin “Zəfər günümüz” adlı sərgisinə baxış keçirilib.