Quba rayon Vəkil Bürosunda ödənişsiz hüquqi yardım aksiyası keçirilib. Bu haqda ShimalNews 8 noyabr tarixində Vəkillər Kollegiyasına istinadən məlumat verir.
Aksiya “Heydər Əliyev İli” və Zəfər Günü münasibətilə təşkil edilib. “Açıq qapı” günündə vəkillər vətəndaşlara hüquqi məsləhətlər verib, həmçinin müvafiq yazılı ərizələr tərtib ediblər. Müraciətlərin əksəriyyəti inzibati işlər, mülkiyyət hüququ, hüquqi faktın müəyyən olunması, pensiya təminatı, kredit mübahisəsi, mənzil təminatı və digər sosial məsələlərlə bağlı olub.
Ölkə üzrə keçirilən aksiya zamanı ümumilikdə 50-dən çox vətəndaşa yardım edilib.