8 noyabr 2020-ci ildə 28 illik həsrətdən sonra Azərbaycan xalqı üçün böyük məna daşıyan Şuşa şəhəri Azərbaycan Ordusu tərəfindən işğaldan azad edilmişdir. Həmin gün Azərbaycanın müasir tarixinə Zəfər Günü kimi qızıl hərflərlə yazılmışdır.

Ölkədə Zəfər Gününün qeyd edilməsi ilə bağlı ilk qərar 2 dekabr 2020-ci ildə qəbul edilmişdir. Ona uyğun olaraq, Zəfər Günü üçtərəfli Bəyanatın imzalandığı gün, yəni 10 noyabr tarixində qeyd olunmalı idi. Lakin sonradan Zəfər Gününün keçirilməsi Şuşanın azad olunması ilə bağlı 8 noyabr tarixinə dəyişdirildi.

7 may 2021-ci ildə Prezident İlham Əliyevin imzaladığı Sərəncama əsasən, Şuşa şəhəri Azərbaycanın mədəniyyət paytaxtı elan olunub.