Bakı-Quba yolunda ağır qəzanın videogörüntüləri sosial şəbəkələrdə yayılıb. Bu haqda ShimalNews 8 noyabr tarixində məlumat verir.
İlkin məlumata görə, iki yük nəqliyyat vasitəsi toqquşub. Nəticədə onlardan biri yol kənarındakı marketə çarpılıb və 1 nəfər dünyasını dəyişib.
Magistralda nəqliyyat vasitələrinin hərəkəti uzun müddətdir ki, məhdudlaşdırılıb.