Xaçmaz rayonunda şahmat üzrə “Zəfər Kuboku” keçirilib. Bu haqda ShimalNews 7 noyabr tarixində Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinə istinadən məlumat verir.

8 Noyabr – Zəfər Gününə həsr olunan yarış UGİŞM-də təşkil edilib. Tədbirin bədii hissəsində istedadlı məktəblilərin iştirakı ilə rəqs və mahnılar ifa olunub. Sonra isə oyunlara start verilib.

Turnirə qatılmış 60 şahmatçı müxtəlif yaş kateqoriyasında qalibiyyət uğrunda mübarizə aparıb. Sonda onlar Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsi tərəfindən müvafiq dərəcəli diplom və medallarla mükafatlandırılıblar.