Xaçmazda Vətən müharibəsi qazisi Zaur Əlimuradovun toy mərasimi baş tutub. Bu haqda ShimalNews 7 noyabr tarixində “Bizim.Media”ya istinadən məlumat verir.

Zaurun şad günündə hərbçi dostları, sakinlər, keçmiş döyüşçülər, doğmaları və rayon rəhbərliyi iştirak ediblər.

Yeni qurulan ailəyə xoşbəxtlik arzulanıb və qazinin Vətən müharibəsində Füzuli rayonu istiqamətində gedən ağır döyüş yolundan bəhs edilib.