Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev qazilərin bir qrupu ilə görüşüb. Bu haqda ShimalNews 7 noyabr tarixində məlumat verir.
Tədbir 8 Noyabr – Zəfər Günü ərəfəsində Vətən müharibəsi qazisi Aydın Fətiyevin ictimai-iaşə obyektində təşkil olunub.
Görüşdə iştirak edənlər səmimi söhbətlərdən zövq aldıqlarını bildiriblər. Rayon rəhbəri onların hər birinin ayrı-ayrılıqda qayğıları və istəkləri ilə maraqlanıldığını vurğulayıb.