Xaçmazda “Əbədi qəhrəmanlar” adlı aksiya keçirilib. Bu haqda ShimalNews 7 noyabr tarixində Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinə istinadən məlumat verir.
“Yaşasın Azərbaycan” layihəsi çərçivəsində təşkil edilən aksiyada rayonun sakinləri şəhidlərimiz Kərəm Veyisovun, Davud Hacıyevin, Rauf Babayevin, Elvin Mirzəyevin, Anar Mürsəliyevin, Rəşad Səfərəliyevin, İlqar Fərzəliyevin, Rövşən İsrafilovun, Qalib İsmayılovun, Şirzad Tarverdiyevin adlarının əbədiləşdirilməsi məqsədilə xatirələrinə ağaclar əkiblər.
Tədbir Gənclər və İdman Nazirliyinin təşəbbüsü ilə baş tutub.